““Qarabağ”dan asılılığımız yoxdur” - Ayxan Abbasov » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

““Qarabağ”dan asılılığımız yoxdur” - Ayxan Abbasov

““Qarabağ”dan asılılığımız yoxdur” - Ayxan Abbasov


Topaz Premyer Liqasının XVIII turunda baş tutan “Zirə” – “Qəbələ” oyunu 2:2 hesablı bərabərliklə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib:

“Oyuna ciddi hazırlaşmışdıq. İstəyirdik ki, uğurlu çıxışımızı davam etdirək. Öz meydanımızda qələbə qazanmağa çalışsaq da, bunu baarmadıq. Sona qədər mübarizə apardıq və son dəqiqədə qolumuzu vurduq. Bu gün iki oyuçu ilk dəfə isi start heyətdə meydana çıxırdı. Ümid edirəm ki, onlar komandaya tezliklə uyğunlaşacaqlar”.

- İctimaiyyətdə belə bir fikir yaranıb ki, “Zirə” ötən tur “Qarabağ”a qarşı da belə oyun sərgiləyə bilərdi. Sizin bu məsələyə münasibətiniz necədir?
- Bu söhbətə cavab verməyi özümə borc bildim. Futbolçu karyeramızda da belə oyunlar olub. Biz heç vaxt belə söhbətlərə getməmişik, bundan sonra da getməyəcəyik. O ki, qaldı “Qarabağ”a... Bizdə paxıllıq var, istmirlər ki, kimsə irəli getsin. Vallah, bizim “Qarabağ”dan heç bir asılılığımız yoxdur. “Qarabağ”la ünsiyyətim var, məşqçiliyə “Qarabağ”da başlamışam. Amma inandırıcı deyil ki, Qurban Qurbanov burda tapşırıq versin. Bizim kimləsə münasibətimizi niyə başqa yerə yozurlar?

- Sizə elə gəlmir ki, “Qarabağ” – “Zirə” məsələsini özünüz abardırsınız. Məsələn, “Qarabağ”la oyunda etdiniz bəzi dəyişikliklə şübhəyə səbəb oldu...
- Mən sizinlə razı deyiləm. Kimi əvəzləməyi, kimi neydana buraxmağı özüm bilirəm. Elvin Məmmədov “Qarabağ”la oyunda “sarı” limitində idi və onu meydana buraxmaq istəmirdim. Amma Elvin özü oynamaq istədi. Əgər “Qarabağ”la oyunda məğlub olmaq istəsəydik, 3 hücumçu ilə oynayardıq? Bəli, bəzi söz-söhbətlər çıxır. Amma yenə deyirəm, “Qarabağ” ötən oyun bizə oynamağa imkan vermədi. Futbolçularımda “Qarabağ”a və “Qəbələ”yə qarşı qorxu hissləri var. Biz çıxıb belə artistlik etmərik axı.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *