Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Gimnastika

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək


2020-ci ildə Bakıda kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatı keçiriləcək.

AzNews.info-nun məlumatına görə, bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Məlumata əsasən, yarış 6-10 may tarixlərində təşkil olunacaq.

Turnir Tokio-2020 Olimpiadasından öncə baş tutacaq və lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hər il Bakıda Milli Gimnastika Arenasında Dünya Kubokunun mərhələləri keçirilir və bu mərhələlərdə də Olimpiya Oyunlarında iştirak üçün lisenziya xalları verilir.

2007, 2009 və 2014-cü illərdə Azərbaycan bədii gimnastika üzrə 3 Avropa çempionatına ev sahibliyi edib. Gələn il isə Bakıda batut gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *