Avropa Olimpiya Oyunlarına dəyişiklik ola bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Avropa Olimpiya Oyunlarına dəyişiklik ola bilər

Avropa Olimpiya Oyunlarına dəyişiklik ola bilər


Cüdo üzrə Avropa çempionatı Bakıda keçirilə bilər.

ANS PRESS-in məlumatına görə, buna səbəb Böyük Britaniyanın Qlazqo şəhərinin Avropa çempionatını keçirmək hüququndan məhrum edilməsidir. Belə ki, Qlazqo çempionatın keçirilməsi haqqında olan müqavilədəki öhdəliklərini yerinə yetirməyib. Bu səbəbdən də cüdo üzrə Avropa şurası çempionatın Bakıda keçirilməsini istisna etmir. Belə olan halda çempionatın gələn il baş tutacaq ilk Avropa Olimpiya Oyunları çərçivəsində paytaxtda keçiriləcəyi gözlənilir.

Həmçinin bildirilir ki, cüdo üzrə Avropa çempionatının təşkil edilməsi üçün Fransa, Hollandiya, Türkiyə və Finlandiyanın Cüdo Federasiyalarından təkliflər gəlib.

Qeyd edək ki, ilk Avropa Olimpiya Oyunları 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək. Oyunlar çərçivəsində 20 idman növü üzrə yarışlar keçiriləcək. Bunların 16-sı olimpiya idman növləridir. Turnirdə 6 min idmançı yarışacaq, həmçinin cəmi 239 dəst medal oynanılacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *