Ankara klubundan Reynaldo üçün “Qarabağ”a təklif » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Ankara klubundan Reynaldo üçün “Qarabağ”a təklif

Ankara klubundan Reynaldo üçün “Qarabağ”a təklif


Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubu transfer çalışmalarını davam etdirir.

“Qafqazinfo” Türkiyә mәtbuatına istinadәn xəbər verir ki, baş məşqçi Ümit Özatın tələbi ilə komanda "Qarabağ"ın hücumçusu Reynaldo üçün hərəkətə keçib. Super Liqa klubu braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Ankara klubu artıq “Qarabağ”a rəsmi təklif də göndərib. Transferin bir neçə gün ərzində reallaşacağı gözlənilir.

Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 6 qol vurub. 27 yaşlı futbolçu 2013-cü ildən Ağdam klubunda çıxış edir.

“Gənclərbirliyi” Türkiyə Super Liqasında 16 turdan sonra 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *