Millimiz seçmə mərhələyə 3 xalla başladı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Millimiz seçmə mərhələyə 3 xalla başladı

Millimiz seçmə mərhələyə 3 xalla başladı


Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürüb. Apasport.az saytının məlumatına görə, milli komandamız da ilk oyun günündə meydana çıxıb.

Robert Prosineçkinin yetirmələri tsiklə səfər matçı ilə start verib. Əsas yığmamızın ilk rəqibi San-Marino olub. Tarixində 12-ci seçmə mərhələdə çıxış edən millimiz yeni mövsümə qələbə ilə başlayıb.

Belə ki, bu zamana qədər heç bir seçmə mərhələyə 3 xalla start verə bilməyən ölkənin bir nömrəli komandası nəhayət bu tilsimi qırıb. Zəif rəqibi ilə oyunda bütün matçboyu hücumda olan yığmamız hücumçuların qeyri-dəqiqliyi nəticəsində sadəcə bir dəfə fərqlənə bildi.

"Qəbələ"nin yeni transferi Ruslan Qurbanov birinci hissənin son dəqiqəsində başla hesabı açdı. Qurbanovun millidə ilk qolu həm də bu matçda yeganə oldu.

İkinci hissənin əvvəllərində rəqib azlıqda qalsa da, Robert Prosineçkinin komandası təxminən bir hissə boyunca 10 nəfərlə oynayan koamandaya başqa qol vura bilməyiblər.


DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
4 sentyabr
C qrupu

San-Marino – Azərbaycan - 0:1
Qırmızı vərəqə: Kristian Brolli, 53 (San-Marino)
Qol: Ruslan Qurbanov, 45


Baş hakim: Sebastyen Delferyer
Baş hakimin köməkçiləri: İv de Nev, Co de Veyrdt
Dördüncü hakim: Aleksandru Bukau (hamısı Belçika)
Hakim-inspektor: Emil Bojinovski (Makedoniya)
UEFA nümayəndəsi: Luka Zorzi(İsveçrə)
Serravalle. Milli stadion

San-Marino: 1. Aldo Simonçini (q), 2. David Sezarini, 3. Kristian Brolli, 6. David Simonçini, 7. Mateo Vitaioli (k), 8. Xose Hirş, 10. Mirko Palazzi, 14. Luka Tosi, 15. Marko Berardi, 19. Filippo Berardi, 20. Nikola Çiaruzzi
Ehtiyat oyunçular: 12. Giaççomo Muraççini (q), 23. Elya Benedettini (q), 4. Covanni Bonini, 5. Fabio Vitaioli, 9. Mattia Stefanelli, 11. Enriko Qoluniççi, 13. Alessandro Della Valle, 16. Danilo Rinaldi, 17. Alessandro Biançi, 18. Pietro Kalzolari, 21. Lorenzo Qasperoni, 22. Karlo Valentini
Baş məşqçi: Pyerancelo Massaroli

Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 13. Dmitri Nazarov, 22. Əfran İsmayılov, 18. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 6. Tərlan Quliyev, Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namiq Ələskərov, 10. Elvin Məmmədov, 15. Mahir Mədətov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. Ramil Şeydayev
Baş məşqçi: Robert Prosineçki

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *