Azərbaycan yığmasından imtina edən daha bir idmançı finala çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Azərbaycan yığmasından imtina edən daha bir idmançı finala çıxdı

Azərbaycan yığmasından imtina edən daha bir idmançı finala çıxdı


"Rio-2016" Yay Olimpiya Oyunlarında atletikanın 200 m məsafəyə qaçış növündə yarımfinal mərhələsinə yekun vurulub.

Azxeber.com məlumatına görə, Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev bu növdə 20.09 saniyə nəticə ilə finala yüksəlməyi bacarıb. O, həlledici raunda 4-cü yerə çıxıb.

Qeyd edək ki, R.Quliyevin finaldakı rəqibləri sırasında yamaykalı sprinter Useyn Bolt da yer alıb.

Ramil Quliyev — 29 may 1990-cı ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Azərbaycanlı yüngül atletdir.


Ramil Quliyev 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib. O təsnifat mərhələsində 20.78 nətucə göstərərək 1/4 finala adlayıb. 1/4 finalda isə 20.66 nəticə ilə 5-ci oldu və mübarizəni dayandırıb.

Bu Olimpiya Oyunlarından sonra onun karyerasında maraqlı hadisələr baş verir. 2011-ci ildə Ramil Quliyev Azərbaycan vətəndaşlığından imtina edərək qardaş Türkiyə vətəndaşlığını qəbul etdi. Bu hadisə Azərbaycan Atletika Federasiyası tərəfində bir mənalı qarşılanmadı. Türkiyə vətəndaşlığını qəbul edən Ramil Quliyevin növbəti məqsədi 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək idi. Amma bu yarışlarda iştirak etmək üçün Azərbaycan Atletika Federasiyası tərəfindən xüsusi qərar verilməli idi. Amma gözlənilən qərar gəlməyincə Ramil Quliyev 2012 Yay Olimpiya Oyunları buraxmalı oldu.

2013-cü ildə Ramil Quliyev təmsil etdiyi ölkədə təşkil olunan Aralıq dənizi Oyunlarında 100 və 200 m. məsafəyə qaçışda gümüş medal qazandı. 2015-ci ildə Ramil Quliyev Cənubi Koreyanın Kvanju şəhərində Yay Universiada Oyunlarında bürünc medal qazandı.

2015-ci ildə Ramil Quliyev 7 illik fasilədən sonra Çin Xalq Respublikasının Pekin şəhərinə qayıtdı. Bir vaxtlar Pekin Milli Stadionunda Azərbaycan bayrağı ilə çıxış edən Ramil Quliyev bu dəfə Türkiyə bayrağı ilə həmin Stadiona qayıtdı. Dünya Çempionatında onun əsas məqsədi medal qazanmaq idi. Amma bu elədə yüngül deyildi. Onun yarışlarında Yamaykalı Useyn Bolt əsas favoritdir. Ramil Quliyev 200 m. Təsnifat mərhələsində 20.01 nəticə ilə birinci oldu. Yarım-finalda isə Ramil Quliyev 20.10 nəticə göstərərək finala adladı. Amma finalda Ramil Quliyev uğurlu çıxış edə bilmədi. O 20.11 nəticə ilə 6-cı yeri tutdu. Amma buna baxmayaraq o 2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Ramil bu il Rio Olimpiya Oyunlarında qardaş Türkiyəni təmsil edir.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *