İrlandiya Avro-2016-ya vəsiqə qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

İrlandiya Avro-2016-ya vəsiqə qazandı – VİDEO

İrlandiya Avro-2016-ya vəsiqə qazandı


İrlandiyanın futbol üzrə yığması Bosniya və Hersoqovina komandasına cavab matçında qalib gələrək Avropa 2016-nın final mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, komandaların birinci görüşü noyabrın 13-də bosniyalıların meydanında keçirilib və 1:1 hesabı ilə başa çatıb.

Cavab matçı bazar ertəsi Dublində baş tutub və 2:0 hesabı ilə irlandiyalıların xeyrinə başa çatıb.

Dubl edən Conatan Uolters (24 və 70-ci dəqiqələrdə) birinci qolu penaltidən vurub.



İrlandiya yığması iki görüşün sonunda 2016-cı il Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

Çempionatın final mərhələsi iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək, “R-Sport” məlumat yayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *