“Azersky” peykindən əldə edilən təsvirlərdən necə istifadə etmək olar? » AzNews.info -Xəbər portalı

“Azersky” peykindən əldə edilən təsvirlərdən necə istifadə etmək olar?

“Azersky” peykindən əldə edilən təsvirlərdən necə istifadə etmək olar?


“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Fransanın “Airbus Defense&Space” şirkəti ilə birgə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib.

Oxu.Az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) istinadən xəbər verir ki, seminarın əsas məqsədi “Azersky” peykinin imkanlarını nümayiş etdirmək, qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq və istifadə yollarını müzakirə etmək olub.

Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda “Azərkosmos”un və peykin istehsalçısı olan Fransanın “Airbus Defence &Space” şirkətinin mütəxəssisləri peykin texniki xüsusiyyətləri, peyk təsvirlərinin hərbi məqsədlər üçün praktiki istifadəsi, hərbi xəritəçilik, əməliyyatların coğrafi məkan kəşfiyyat məlumatları ilə təminatı, nəzarəti və monitorinqi və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər.

İnteraktiv formada təşkil edilmiş seminarda ölkəmizin Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti kimi güc strukturlarının nümayəndələri iştirak edib. Bu ilin sonuncu rübünə planlaşdırılmış eynitipli növbəti seminar peyk təsvirləri vasitəsilə təbii ehtiyatların tədqiqi və monitorinqi mövzusuna həsr olunacaq.

Qeyd edək ki, 30 iyun 2014-cü ildə uğurla orbitə çıxarılıb və 2 dekabr 2014-cü il tarixindən etibarən “Azərkosmos”a təhvil verilmiş yüksək ayırdetməli (1.5m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *