Futbol oyunlarında videotəkrar sistemi - FİFA-dan ilk » AzNews.info -Xəbər portalı

Futbol oyunlarında videotəkrar sistemi - FİFA-dan ilk

Futbol oyunlarında videotəkrar sistemi - FİFA-dan ilk


FİFA futbol oyunları zamanı ilk dəfə videotəkrar sistemindən istifadə edəcək.

Belə bir məlumatla Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti çıxış edib.

Videotəkrar sistemindən ilk dəfə İtaliya ilə Fransa arasında keçiriləcək yoxlama görüşündə istifadə olunacaq. Bu qarşılaşma sentyabrın 1-də Bari şəhərində keçiriləcək.

Videotəkrar zamanı baş hakimin oyunu saxlamasına ehtiyac qalmayacaq. Bu funksiyanı əlavə hakim yerinə yetirəcək. Köməkçi hakim videotəkrara baxdıqdan sonra baş hakimlə əlaqə saxlayıb, ona məlumat verəcək.

Yoldaşlıq oyunundan bir gün sonra FİFA prezidenti Canni İnfantino tərəfindən sistemin ilk sınağı ilə bağlı xüsusi mətbuat konfransı təşkil ediləcək. FİFA prezidenti bildirib ki, sözügedən sistemdən istifadəyə bir konfederasiya, 12 milli assosiasiya maraq göstərib.

Onun sözlərinə görə, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı zamanı videotəkrardan istifadə mümkün olacaq.

Xatırladaq ki, videotəkrardan istifadəni mart ayında Futbol Assosiasiyalarının Beynəlxalq Şurası tövsiyə (İFAB) etmişdi.

Mənbə: Admiral.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *