Ebola son 40 ilin ən qorxulu virusudur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Ebola son 40 ilin ən qorxulu virusudur

Ebola son 40 ilin ən qorxulu virusudur


"Ebola son 40 ildə gördüyümüz ən çox yayılan, ən mürəkkəb və ən ağır yoluxucu xəstəlikdir. 1976 ya da 1995-ci illərdəki viruslarda da belə bir şey görünməmişdi".

ANS PRESS-in məlumatına görə, bu sözləri Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan deyib.

Marqaret Çan virusun qarşısını almaq məqsədilə bir çox ölkədən alim və tədqiqatçını Cenevrədə keçiriləcək toplantıya dəvət etdiklərini bildirib.

Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 3600 nəfərin Ebola virusunun daşıyıcısı olduğu təsbit edilib. Virusa yoluxaraq həyatını itirənlərin sayı isə rəsmi rəqəmlərə görə 1900-ü keçib.

Dünya Səhiyyə Təşkilatının (DST) virusun yayılmasının qarşısını almaq məqsədilə insanlar üzərində də peyvənd sınaqları keçirilməsinə icazə verilib. Bu icazədən sonra xüsusilə İngiltərə və Amerika Birləşmiş Ştatlarının mərkəzi laboratoriyalarında işlər intensiv şəkildə davam edir.

Artıq üçüncü növ peyvənd üçün test mərhələsinə keçilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 19:06
  • Yazan: Michael
Reading posts like this make surfing such a pluesare

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *