Azərbaycanda cinsi yolla İİV-ə yoluxanların sayı artıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Azərbaycanda cinsi yolla İİV-ə yoluxanların sayı artıb

Azərbaycanda cinsi yolla İİV-ə yoluxanların sayı artıb


“1987-ci ildən bu günə kimi Azərbaycanda İİV-ə yoluxan insanların sayı 6293 nəfər olub. Bu ilin birinci rübünün sonuna olan statistikaya görə isə 108 nəfər İİV-ə yoluxan şəxs qeydə alınıb”.

AzNews.info-nun report-a istinadən verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

Onun sözlərinə görə, bu ilin üç ayında İİV-ə yoluxan 108 nəfərdən 107-si Azərbaycan vətəndaşıdır:

“İİV-ə yoluxma hallarının 46 faizini inyeksion narkotik istifadəçiləri təşkil edir. Cinsi yolla yoluxan xəstələrin sayı da artıb. İİV-ə yoluxanların 73 faizi kişilər, 27 faizi qadınlardır”.

O bildirib ki, hazırda Azərbaycanda İİV-lə yoluxanların sayı 2629 nəfərdir. Bu xəstəlikdən 828 nəfər vəfat edib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *