Yeddi şagird məktəb gəzintisindən hamilə qayıtdı » AzNews.info -Xəbər portalı

Yeddi şagird məktəb gəzintisindən hamilə qayıtdı

Yeddi şagird məktəb gəzintisindən hamilə qayıtdı


Bosniyada 7 şagird məktəb gəzintisindən hamilə qayıtdı.

ANS PRESS-in məlumatına görə, gəzintiyə məktəb kollektivi ilə gedən həmin qızların 13-14 yaşları olub.

Bu hadisə ölkədə ciddi çaxnaşma yaradıb. Bir çox valideynlər məktəblərdə cinsi tərbiyə dərslərinin tədrisinin dayandırılmasını tələb edirlər. Onların fikrincə, bu dərslər uşaqları cinsi əlaqəyə girməyə təşviq edir.

Sarayevoda qadın xəstəlikləri üzrə mütəxəssis Senad Mehmetbasiç isə bu dərslərin yığışdırılmasının əleyhinədir. Onun fikrincə, uşaqlar cinsi həyatı küçələrdə deyil, məktəblərdə öyrənməlidirlər.

Səhiyyə nümayəndələri isə belə vəziyyətin yaranmasında valideynlərin məsuliyyətinin daha böyük olduğunu, ancaq təhsil sistemində də problemlərin olduğunu deyib.

Qeyd edək ki, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda təkcə keçən il 31 yetkinlik yaşına çatmamış qız hamilə qalmışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *