Bu gün məşəli bu məşhurlar aparacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Maraqlı

Bu gün məşəli bu məşhurlar aparacaq – (SİYAHI)

Bu gün məşəli bu məşhurlar aparacaq


"Bakı-2015” I Avropa Oyunları məşəlini bu gün daşıyacaq məşhurların adları açıqlanıb.

ANS PRESS-in məlumatına görə, 15:40-da İçərişəhərdəki Qoşa Qala qapısının yanındakı parka gətiriləcək məşəli Fərid Mansurov (Olimpiya çempionu), Faiq Ağayev (müğənni), Elnur Məmmədli (Olimpiya çempionu), Abbas Əzimov (veteran atlet), Bəhram Bağırzadə (aktyor), Həsən Əliyev (güləşçi), Alla Həsənova (voleybolçu), Yalçın Adıgözəlov (xalq artisti) Ənvər Sadıqov (musiqiçi), Şəfiqə Məmmədova (aktrisa / xalq artisti), Spiros Karpalos (Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri), Tünzalə Ağayeva (müğənni) daşıyacaq.

Daha sonra müğənni Ədalət Şükürov (Köhnə Bakı çay evinə), Tünzalə Ağayevaya (Şirvanşahlar Sarayına), Rasim Balayev (Yay Qalereyası), Günel Babayeva (İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi), Azərbaycanın görkəmli rəssamı Tahir Salahov (Tahir Salahovun ev-muzeyi), Adnan Axundov (Açıq Hava Muzeyi), muğam ifaçısı Arif Babayev (Arxeoloji-Etnoqrafik Muzey Kompleksi) rəssam Əli Şəmsi Rəssam (Əli Şəmsinin Evi ), aktyor Canali Əkbərov (Muğam Mərkəzi), müğənni Zülfiyyə Xanbabayeva (Qız Qalası ) ilə şəkil çəkdirmək imkanı yaradılacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *