Kişilərin qaş aldırması qadağan olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Maraqlı

Kişilərin qaş aldırması qadağan olundu

Kişilərin qaş aldırması qadağan olundu


İranda kişilərin qaş aldırması qadağan olundu. ANS PRESS-in məlumatına görə, bu qadağaya riayət etməyən bərbər dükanlarının bağlanacağı bildirilib.

İran bərbərlər palatasının sədri Mustafa Guvahi qaş aldırmaqla yanaşı solari və tatuajın da kişilər üçün qadağan olunduğunu bildirib. Sədr həmçinin bu işlə məşğul olacaq bərbər dükanlarının möhürlənəcəyini vurğulayıb.

Kişilər arasında bu kimi halların çoxalmasını din alimləri də kəskin etirazla qarşılayıb. Ayətullah Mehdi Tehrani bunun dini baxımdan uyğun bir hərəkət olmadığını deyib:

“Kişilərin qadınlara bənzəməsi uyğun bir hərəkət deyil. Qaş aldırmaq kişinin qadına bənzəməsinə səbəb olursa şəriət baxımdan bu düzgün deyil”.

Qeyd edək ki, son illər İranda kişilər arasında qaş aldırmaq halarının çoxaldığı bildirilir.

Mənbə: haber7.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *