Azərbaycan "Toy"-a hazırlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Kino, Maqazin

Azərbaycan "Toy"-a hazırlaşır

Azərbaycan "Toy"-a hazırlaşır


"Vaxt var idi ...
Mavi sadəcə bir rəng idi.
Mobil telefonlar yox idi.
İnsanlar like-ı pəncərədən edirdilər."


Aprel ayının 16-dan etibarən Azərbaycanın bütün kinoteatrlarında “Toy 2” nümayiş olunacaq. Film 2005-ci ildə ekranlara çıxan “Toy” filminin ikinci hissəsidir. Film 10 il aradan sonra tamaşaçılara yeni obrazlar və fərqli ssenari ilə təqdim olunacaq.

AzNews.info xəbər verir ki, filmdə hadisələr Azərbaycanın ucqar kəndində, bir dam altında yaşayan Qeyrət və onun kütqulaq qaynatası Səftərin başına gələn sərgüzəştlərdən bəhs edir. Taleyin acı hökmü ilə uzun illər birlikdə yaşayan bu cütlük, xaricdən təşrif buyurmuş qonağın başıbəlalı leksiyasının qurbanına çevrilirlər. Bu andan etibarən Qeyrət və Səftər nəyin bahasına olursa olsun öz təmiz adlarını ləkədən qurtarmalıdırlar. Amma necə?!
Filmin ssenari müəllifi və rejissoru hamının “Tək Səbr “verlişindən tanıdığı , aparıcı Həsən Əliyevdir. Quruluşçu operator Delee, quruluşçu rəssam Səbinə Abbasova, baş prodüsser Şahin Qafarovdur. Baş rolları isə Anar Xəlilov və Edqar İsayev ifa edib. Filmin çəkilişləri 2014-cü il noyabr ayında Lerik rayonu Piran kəndində aparılmışdır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *