Möcüzə əlinizin altındadır: Bu bitki yaddaşı 75 faizə qədər gücləndirir » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Səhiyyə, Foto

Möcüzə əlinizin altındadır: Bu bitki yaddaşı 75 faizə qədər gücləndirir – FOTO

Möcüzə əlinizin altındadır: Bu bitki yaddaşı 75 faizə qədər gücləndirir



Bir çox insanlar zəka və yaddaşın güclənməsində texnoloji inkişafın böyük rol oynayacağını düşünür. Və bu düşüncədə bir az haqlıdırlar. Lakin yaddaşı artırmağın həyata keçirilməsi, həqiqətən düşündüyümüzdən daha asan ola bilər.

Möcüzə əlinizin altındadır: Bu bitki yaddaşı 75 faizə qədər gücləndirir


Elmin də dəstəklədiyi bir müalicə üsulu olaraq qəbul edilən aromaterapiya (bitki yağları və ekstraktları ilə müalicə növü) ən sadə nümunələrdən biridir.

Bu metodun işə yaramasının əsas səbəbi qoxu sistemini intensiv olaraq hərəkətə gətirməsi və bu sistemin beyinlə birbaşa əlaqəli olmasıdır. Bu iki keyfiyyətin bir-birinə bağlı olması daha çox alimin bu sahəyə marağını artırdı.

Qoxu və yaddaş

Yaddaşla əlaqəli tədqiqatlar, xüsusilə də qoxuyla əlaqədar bir çox araşdırma var. Bir çox insanlar istəyərək və ya qeyri-iradi olaraq ətrafındakı qoxuları xatırlayırlar.

Ancaq zamanla mütəxəssislər, psixologiya elminin sərhədlərini aşaraq, qoxuya beyində kimyəvi təsir yaradan güclü bir vasitə kimi baxmağa başlayıblar və qoxunun beyinə təsiri üzərində bir çox araşdırmalar aparıblar.
Bu araşdırmaların əksəriyyətində diqqət çəkən və hamımızın yaxından bildiyimiz bir bitki var: Rozmarin. Rozmarinin yaddaşı 75%-ə qədər, xeyli yüksək sayıla biləcək bir nisbətdə gücləndirdiyi müxtəlif araşdırmalarla ortaya çıxıb.

Yaddaşı gücləndirən bitki: Rozmarin

Yunan mifologiyası, gözəllik və məhəbbət ilahəsi olan Afroditanın, bədəni rozmarinlə örtülü bir halda sudan çıxmasını təsvir edir. Orta əsrlərdə rozmarin çox sayda toy və cənazə mərasimlərində istifadə edilmiş, spirtli içkilərə canlılığı təmin etmək üçün əlavə edilmişdir.

XV əsrin sonlarına doğru İngiltərədə rozmarin Şekspirin əsərində “xatırlama bitkisi” olaraq izah edilmişdir.

Möcüzə əlinizin altındadır: Bu bitki yaddaşı 75 faizə qədər gücləndirir


Rozmarin üzərində edilən araşdırmalar

Bioloji baxımdan rozmarinin tərkibində istifadə edilə bilən faydalı qatqılar var. Bu tərkibdə olan antioksidantlar bədəni radioaktiv və kanserogen zərərlərdən qoruyur.

Bununla belə, rozmarin üzərində aparılan elmi tədqiqatların ən diqqət cəlb edəni 1987-ci ildə olan araşdırmadır. “Planta Medica” jurnalının dörd tədqiqatçısı bu bitkini siçovulların üzərində test etdi. Onlar yalnız rozmarin qoxusuna məruz qalan siçanların qan dövranında ciddi artım müşahidə etdilər. Bu rozmarinin bioloji təsirinin olduğu ilk əlamət idi, ancaq son deyildi.

Digər vacib tədqiqatlar 1998-ci ildə aparılıb və “International Journal of Neuroscience” jurnalında dərc edilmişdir. Bu araşdırmada Mayami Universitetinin bir neçə tədqiqatçısı rozmarinin təsirini insanlar üzərində yoxladılar. 40 yetkin insan seçildi və bəzilərinə lavanda, digərlərinə rozmarin qoxusu verdilər. Onlara müalicədən əvvəl və sonra riyazi məsələləri həll etmək tapşırığı verildi. Nəticələr təəccüblü idi.

Möcüzə əlinizin altındadır: Bu bitki yaddaşı 75 faizə qədər gücləndirir


Lavanda iyləyən bütün iştirakçılar özlərini daha rahat hiss etdiklərini və eksperimentə görə sualları bir az daha asan həll etdiklərini deyirdilər. Ancaq rozmarin istifadə edənlərdə vəziyyət fərqli idi. Rozmarin iyləyənlər digərlərinə nisbətən daha sayıq və diqqətli idilər. Verilən sualları isə, iki dəfə tez həll etdilər.

2003-cü ildə daha ətraflı bir araşdırma aparıldı. Araşdırmaçılar 144 nəfəri üç qrupa böldü. Birinci qrup heç nə iyləmədi, digər qrup lavanda, üçüncü qrup isə rozmarin iyədi. Rozmarin qoxusuna məruz qalan qrup, yaddaş performansında gözlənilməz yüksək nəticə göstərdi. Yaddaş güclənməsində 75%-ə qədər artım müşahidə edildi.
Rozmarin qoxusuna məruz qalmayan digər iki qrup isə fərqli nəticə göstərmədi. Bu təcrübə rozmarinin insan beyninə zehni qabiliyyət baxımından nə qədər əhəmiyyətli və təsirli olduğunu ortaya çıxardı. Alimlərin gəldiyi nəticəyə görə, 75 yaşdan yuxarı olan insanların müntəzəm olaraq təmiz rozmarin yağı iyləməsi zehni sağlamlıqları üçün çox faydalıdır.

Mənbə: Saglamolun.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *