Gənc memarın “Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsi IV respublika müsabiqəsinin qalibi olub » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Foto

Gənc memarın “Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsi IV respublika müsabiqəsinin qalibi olub – FOTO

Gənc memarın “Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsi IV respublika müsabiqəsinin qalibi olub

İçərişəhərdəki "Qız qalası” incəsənət qalereyasında Memarlar İttifaqının dəstəyi, Gənc Memarlar və Tələbələr Klubunun təşkilatçılığı ilə keçirilən gənc memarların IV Respublika müsabiqəsində 40-dan çox memarın iştirakı ilə maraqlı layihələr təqdim edilib. "RT Memarlıq və Dizayn” şirkətində çalışan gənc memar Xanım Əziz münsiflər heyətinin qərarı ilə "Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsinə görə 1-ci yerə layiq görülüb.
AZƏRTAC-a müsahibə verən Xanım Əziz bildirib ki, bu ideya onda hələ tələbəlik illərində yaranıb. "Artıq universitetin 3-cü kursunda oxuyarkən, diplom layihəsi üzərində çalışırdım”, - deyən gənc memarın sözlərinə görə, operaya, akademik musiqiyə olan həvəs onu opera və balet teatrı ilə bağlı layihə hazırlamağa sövq edib. Sözügedən layihə isə 2016-cı ilin sentyabrında Türkiyənin Orta Doğu Universitetində təhsil almağa getməzdən öncə diplom rəhbəri, Memarlıq-Akustikası və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, professor Ramiz Əbdülrəhimovla birgə təsdiqlənib. Müsahibim onu da əlavə edib ki, diplom işləri arasında opera və balet teatrı mövzusuna indiyədək heç kim müraciət etməyib və bu, ilk layihədir.
Müsabiqəyə təqdim etdiyi layihədən söz açan Xanım Əziz vurğulayıb ki, müasir üslubda layihələndirilən bu iş münsiflər heyəti tərəfindən memarlığa ən yeni konseptual baxış meyarına görə seçilib.
Memar qeyd edib ki, binanın interyerində ekoloji cəhətdən təmiz və insan sağlamlığına heç bir ziyanı olmayan materiallardan istifadə edilib. Həmçinin binanın eksteryerində şüşə-beton konstruksiyalar, eləcə də, səs akustikasını təmin edən materiallar tətbiq olunub.
Ölkəmizdə yalnız bir opera teatrının fəaliyyət göstərdiyini söyləyən gənc memar onu da diqqətə çatdırıb ki, layihəni planlaşdıran zaman bu məsələni nəzərə alaraq, Sumqayıt şəhərində, dəniz sahilində, gözəl mənzərəli bir yerdə belə bir teatrın tikilməsini məqsədəuyğun hesab edib. Həmsöhbətim hazırda "Uşaq-oyun meydançası” layihəsi üzərində işlədiyini də bildirib.
Qeyd etmək yerinə düşər ki, müsabiqədə ilk 3 yeri tutan layihələr noyabrın 9–11-də Minskdə keçiriləcək "Leonardo 2017” baxış-müsabiqəsində iştirak edəcək.
Gənc memarın “Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsi IV respublika müsabiqəsinin qalibi olub
Gənc memarın “Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsi IV respublika müsabiqəsinin qalibi olub
Gənc memarın “Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsi IV respublika müsabiqəsinin qalibi olub
Gənc memarın “Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsi IV respublika müsabiqəsinin qalibi olub
Gənc memarın “Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsi IV respublika müsabiqəsinin qalibi olub

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *