Topu rəqibə qaytaran futbolçu “kuryoz” qol vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, İdman, Futbol, Video

Topu rəqibə qaytaran futbolçu “kuryoz” qol vurdu – VİDEO

Topu rəqibə qaytaran futbolçu “kuryoz” qol vurdu


Cənubi Afrika Respublikasının “Stellenboş” klubunun yarımmüdafiəçisi Petrus Şitembi “Blek Leopards” komandası ilə oyunda “fair play” qaydalarına uyğun olaraq, topu rəqibə qaytararkən meydanın mərkəzindən qol vurub.

AzNews.info-nun xəbərinə görə, qolun videosu YouTube portalında - SuperSport kanalında yerləşdirilib.

Matçın 65-ci dəqiqəsində qonaqlar hesabda 2:0 irəlidə olarkən, “Blek Leopards” klubunun futbolçusu zədə alıb. Top “Stellenboş” komandasını oyunçularına keçib və onlar “fair play” qaydalarına əsasən, topu rəqibə qaytarmaq istəyiblər.

Lakin Ştembinin zərbəsindən sonra top yerə dəyərək, qapıçının başı üzərindən tora daxil olub. Hakim qolu hesaba alıb. Bununla belə, matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *