Amerikadakı “üzən daşları”ın sirri nəhayət ki çözülüb » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Dünya, Video

Amerikadakı “üzən daşları”ın sirri nəhayət ki çözülüb – VİDEO

Amerikadakı “üzən daşları”ın sirri nəhayət ki çözülüb

Amerikada nəhayət ki, “üzən daşlar”ın sirri çözülüb.

İnterAz BBC-yə istinadla xəbər verir ki, Kaliforniyanın Ölüm Dərəsi Milli Parkındakı səhralıq ərazilərdə uzun illərdir iri daşların cığır açaraq hərəkət etmələri alimləri düşündürürdü. İki amerikalı alimin son tədqiqatlarına əsasən, daşlar nazik, şəffaf buz örtüyü vasitəsilə sürüşürmüş. Onlar bu prosesə “buzla itələnmə” adını veriblər.

Apardığı tədqiqatın nəticəsinin təccüblü tərəfləri barədə Los Anceles Tayms qəzetinə müsahibə verən paleo-bioloq Ceyms Norris qeyd edib ki, illik yağıntı miqdarı cəmi 5 santimetr təşkil edən bir mühitdə iri daş parçaları arktik iqlim qurşağına xas olan mexanizmlə hərəkətə gətirilir.

Bildirək ki, uzun müddət ərzində sirri çözülməyən prosesi tədqiq etmək üçün əraziyə səfər edən Ceyms Norris və əmisi oğlu Riçard Norris təsadüf nəticəsində nadir təbiət hadisəsinin sirrini çözüblər.

Belə ki, daşların hərəkət etdiyi əraziyə qış aylarında səfər edən tədqiqatçılar ortaya çıxarıb ki, əslində daş parçaları heç də öz-özünə hərəkət etmirmiş. Belə ki, həmin ərazilər qış aylarında yağıntı səbəbindən nazik su və buz qatıyla örtülü olur. Vaxt keçdikcə torpağın səthində tədricən əriməkdə və çəkilməkdə olan buz təbəqəsi özü ilə birlikdə daş parçalarını da hərəkətə gətirirmiş. Beləliklə, buz təbəqəsinin itələyib sürüşdürdüyü daşlar yerdə təbii olaraq sürüşdükləri xətt boyunca cığır və iz qoyurlarmış. Yayda isə quraqlıq və istidən çatlayan ərazidə yalnız daşlar və onların hərəkət etdikləri cığırlar qalır. Bu mənzərə də, görənləri təccübə gətirir. Əlbəttə ki, quru və çatlamış torpaq üzərində iri daşların hərəkət etməsi və iz açması insanlar üçün izah edilməz olur. Alimlər bu faktı aşkar etmək üçün video kameralar vasitəsilə təqribən 60 daşın hərəkətini lentə almağa müvəffəq olublar.

Mənbə: inter.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *