Dünyaca məşhur avtomobil brendləri Azərbaycanda » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Avto

Dünyaca məşhur avtomobil brendləri Azərbaycanda – FOTO

Dünyaca məşhur avtomobil brendləri Azərbaycanda

Bu gün “Avtolux Azərbaycan” şirkəti yeni avtomobil salonunun açılışını keçirib.

Oxu.Az xəbər verir ki. yeni salonda FCA (Fiat Chrysler Automobiles) Group-un brendləri olan “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, eləcə də Azərbaycanda ilk dəfə rəsmi olaraq təqdim olunan “Alfa Romeo” və “Abarth” markalı avtomobillərin satışı və servis xidmətləri həyata keçiriləcək.

“FCA Group” dünyada sərnişin avtomobilləri, professional avtomobillər, ehtiyat hissələri və istehsalat sistemlərinin satışı, eləcə də istehsalı ilə məşğul olan ən iri avtokonsernlərdən biridir. Qrupun avtomobil brendləri: “Abarth”, “Alfa Romeo”, “Chrysler”, “Dodge”, “Fiat”, “Fiat Professional”, “Jeep”, “Lancia”, “Ram” və “Maserati” markalarıdır. “FCA Group” təxminən 40 ölkədə yerləşən şirkətlər vasitəsilə fəaliyyət göstərir və 150-dən çox ölkədə müştərilərlə biznes münasibətləri var.

Yerləşməsinə görə “FCA Group” sıralamasında dünyada birinci olan 1400 m2-lik diller mərkəzi dizayn tərtibatı baxımından “Group”un bütün tələblərinə və standartlarına uyğun təmir olunub. Burada, sadalanan markaların ən məşhur, eləcə də ən son modelləri təqdim olunub. Yüksək səviyyədə keçirilmiş açılış mərasimində Azərbaycan bazarında ilk dəfə “Abarth 500”, həmçinin “Alfa Romeo” markasının, demək olar ki, bütün model cərgəsi: “Alfa Romeo Guilia”, “Alfa Romeo Mito v’ Alfa Romeo 4C” avtomobillərinin rəsmi tanıtımı və təqdimatı keçirilib.

Çoxsaylı qonaqların arasında tanınmış simalar, bir sıra ölkə səfirləri və bir çox sənət adamları var idi. Tədbirin rəsmi hissəsindən sonra canlı ifa, rəqs nömrələri və sonda isə uduşlu lotereya təşkil olunmuşdur. Lotereyanın əsas uduş fondu İtalyada keçiriləcək “Yuventus” - “Milan” futbol oyununa 2 dəvətnamə, eləcə də 2 nəfərlik, 2 günlük tur-paket olub.

Qeyd edək ki, “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, eləcə də Azərbaycanda ilk dəfə rəsmi olaraq təqdim olunan “Alfa Romeo” və “Abarth” markalı avtomobillərin satışı və servis xidmətləri Bakının Üzeyir Hacıbəyov küçəsi 57C-də həyata keçirilir.

Tel.:983

Xatırladaq ki, “Avtolux Azərbaycan” 2012-ci ildən fəaliyyət göstərir. Bundan öncə, şirkət “Ferrari”, “Aston Martin” və “Lamborgini”, eləcə də “Ferrari Store” və “Collezione Lamborghini” markalarının distributoru olub. Brend cərgəsinə “FCA Group”un markalarını əlavə etməklə, “Avtolux Azərbaycan”ın satışını həyata keçirdiyi avtomobil markalarının sayı 10-a çatıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *