Ayı meyit oğurladı » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Dünya, Video

Ayı meyit oğurladı – VİDEO

Ayı meyit oğurladı


Ayı qəbirdən meyiti çıxarıb apardı. Hadisə Türkiyədə baş verib. ANS PRESS-in "İhlas"a istinadla verdiyi məlumata görə, Kastamonu şəhərində son aylarda peyda olan ayı cəsədləri məzardan çıxararaq yeyir. Bu dəfə isə o 25 gün öncə ölən yaşlı kişinin meyidini məzardan çıxararaq yoxa çıxıb.

Ayı əvvəllcə 65 yaşlı kişinin məzarını baş hissədən dağıtmağa başlayıb. Lakin taxtaları aça bilmədiyi üçün qəbrin aşağısını qazaraq deşib. Başqa bir nəfəri dəfn etmək üçün qəbristanlığa gələn kəndlilər dəhşətli mənzərə ilə qarşılaşıblar.

Axtarışa başlayan kəndlilər və xilasedicilər məzarlığın yaxınlığında kəfən hissələri və insan sümükləri tapıblar.

Kənd sakinləri qəbristanlığı kollarla əhatəyə almaq istəsələrdə bu vəhşi heyvanın qarşısını almağa kifayət etməyib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *