Hüseyn Dəryanın vəfatından bir il ötür » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, Mədəniyyət

Hüseyn Dəryanın vəfatından bir il ötür

Hüseyn Dəryanın vəfatından bir il ötür


Bu gün tanınmış reper, mərhum Hüseyn Dəryanın vəfatından bir il ötür.

ANS PRESS-in məlumatına görə, Hüseyn Dərya 2014-cü il martın 14-də axşam saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində avtomobil qəzasına uğramışdı.

Reperin idarə etdiyi 10-SB-575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılmışdı. Nəticədə ağır bədən xəsarəti alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən H.Dərya martın 15-də saat 13:00 radələrində vəfat etmişdi.

Qeyd edək ki, Hüseyn Dərya 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində doğulub. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.

MDB ölkələri arasında keçirilən rep müsabiqəsində qalibi olmuş reper ilk dəfə meyxana ilə muğamı sintez edib.

2004-cü ildə “İlin ən yaxşı repçisi”, “İlin ifaçısı” və “İlin albomu” nominasiyalarına layiq görülüb. İlk dəfə Üzeyir Hacıbəyli diplomunu alıb. “Yaşa, Azərbaycan” adlı mükafata layiq görülüb.

H.Dəryanın birinci nikahından Ayşə adlı bir qızı, ikinci nikahından isə Cahangir adlı oğlu var.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *