Sumqayıt hadisəsindən 27 il ötür » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, Kriminal

Sumqayıt hadisəsindən 27 il ötür

Sumqayıt hadisəsindən 27 il ötür
Bu gün Sumqayıt hadisələrindən 27 il ötür. 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Nizami Səfərov Sumqayıt hadisələrinin iştirakçısıdır. Dağlıq Qarabağın Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilməsində başlıca zəmin olan
Sumqayıt hadisələrinin. Hansı ki, bu hadisədən danışanda çox vaxt səsimizi içimizə qısır, ayıbımızdan danışırıq kimi danışırıq. Əslində isə Sumqayıt hadisələri ermənilərin və SSRİ DTK-sının təşkil etdiyi və başında da elə erməni Eduard Qriqoryanın durduğu və məhz onun dirijorluğu ilə həyata keçirilən təxribat idi. Bu, Sumqayıt hadisələrinin istintaqında sübut olunub və çox maraqlıdır ki, bunu sübuta yetirənlər, aralarında bircə dənə azərbaycanlının olmadığı SSRİ Baş Prokurorluğunun İstintaq qrupunun üzvləri idi. Əvvəlcə Vladimir Kaliniçenko, sonra isə Vladimir Qalkin...

Sumqayıt hadisələri ilə bağlı məhkəmədə dövlət ittihamçısı Aslan İsmayılov: “Məhz onlar sübut ediblər ki, əsas rolu oynayan Eduard Qriqoryan olub və Qriqoryanın iştirakı ilə bir neçə adam qətlə yetirilib, bir neçə adam zorlanıbdı.”

Zorlananlar Meclumyanın bacıları idi. İstintaq materiallarından məlum olur ki, bacılar Qriqoryanın şəklini tanısalar da, onun erməni olduğunu bilməyiblər. Meclumyanın ifadəsinə görə, Qriqoryan stulun qırılmış ayağı ilə onun xəstə anasına zərbə endirib, onun özünü isə zorlayıb. Azərbaycan Prokurorluğunun dövlət ittihamçısı kimi çıxış edən Aslan İsmayılov deyir ki, məhkəmə prosesi həm SSRİ, həm də Azərbaycan DTK-da işləyən ermənilərin nəzarəti altında keçirilib. Prosesə belə ciddi nəzarət etməkdə məqsəd məhkəmədəki azərbaycanlıların, əslində hər şeyin Qriqoryan tərəfindən təşkil olunduğu ilə bağlı ifadə vermələrinə, eləcə də Qriqoryanın özünün hadisələri olduğu kimi etiraf etməsinə mane olmaq idi. Bəs kim idi, Eduard Qriqoryan?

Sumqayıt hadisələrinin iştirakçısı, Nizami Səfərov: “5-ci mərtəbədə o olurdu, 7-də biz. Yəni ailəsini-zadı tanıyırdım. Güləşçi idi, karateist idi. Düzdür, qorxurduq ondan. Bir dənə mən dedim ki, belə deyib, elə deyib. Araq paylayıb Edik. Edik də mənə qorxu gəlirdi. Mən heç nədən qorxmayandan sonra işimi azaltdılar“.

Sumqayıt hadisələri ilə bağlı məhkəmədə dövlət ittihamçısı, Aslan İsmayılov: “Eduard Qriqoryana və Vaqif Hüseynov adlı bir azərbaycanlıya güllələnmə cəzası istəmişəm. Amma Azərbaycan məhkəməsi o işi batırmaq üçün Qriqoryana 12 il, başqalarına da cüzi cəzalar və məhkəmənin hökmündən az sonra Qriqoryan respublikadan çıxarıldı".

Amma buna rəğmən Qriqoryana 12 il iş verilir. Az sonra o, ümumiyyəğlə ölkədən çıxarılır. Digərləri 7-8 il iş alır. Təkcə bir nəfərə güllələnmə kəsilir. 24 yaşlı Əhməd Əhmədova. 1989-cu il noyabrın 18-də SSRİ ali Məhkəməsinin çıxardığı bu hökm 17 ay sonra icra olunur. Əhmədi erməni millətindən olan 7 nəfərin ölümündə təqsirləndirirlər. Ümumilikdə isə Sumqayıt hadisələri zamanı erməni millətindən olan 26 nəfər öldürülür. Martın 1-də Sumqayıtda komendant saatı tətbiq olunur və bu zaman 6 azərbaycanlı öldürülür, 400 nəfər isə yaralanır. Sumqayıt hadisələrinin açdığı ən dərin yara isə Azərbaycan üçün Dağlıq Qarabağ yarası olur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *