Hacıbaba Hüseynovun doğum günüdür » AzNews.info -Xəbər portalı

Hacıbaba Hüseynovun doğum günüdür – VİDEO

Hacıbaba Hüseynovun doğum günüdür

Bu gün tanınmış xanəndə Hacıbaba Hüseynovun anadan olmasından 98 il ötür.

Oxu.Az xəbər verir ki, H.Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərində anadan olub.

Erkən yaşlarından güclü hafizəsi sayəsində eşitdiyi dini-musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını öyrənərək qəzəllər yazmağa, tədricən muğam və təsniflər oxumağa başlamışdır. Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi.

Uzun illər Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demiş, xanəndələr yetişdirmişdir. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.

Qeyd edək ki, Hacıbaba Hüseynov mərhum Xalq artisti Sara Qədimovanın kürəkəni olub.

H.Hüseynov 24 oktyabr 1993-cü ildə vəfat edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *