Ağır yol qəzası: 4 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Ağır yol qəzası: 4 yaralı

Ağır yol qəzası: 4 yaralı


Ucarda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün saat 17:30 radələrində Bakı – Qazax əsas magistral yolunun Ucar rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı minik maşını ilə “Ford” markalı minik maşını toqquşub. Nəticədə “VAZ” markalı maşının sürücüsü rayonun Ənvərməmmədxanlı kənd sakini 81 yaşlı Dostməmmədov Maarif Ramazan oğlu və onun sərnişinləri - rayonunun Lək kənd sakini 51 yaşlı İsmayılova Siyarə Əlmövsüm qızı, onun qızı 16 yaşlı Qəmbərova Məryəm Ramiz qızı və Sumqayıt şəhər sakini 32 yaşlı Məmmədov Nurlan Əli oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, sərnişinlərin vəziyyəti nisbətən yüngül olsa da, sürücü M. Dostməmmədovun vəziyyəti kəskin ağırdır.

Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *