BMW metal borulara çırpıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

BMW metal borulara çırpıldı

BMW metal borulara çırpıldı


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, Bakının Nobel prospektində şəhər istiqamətində hərəkət edən 90-SF-103 dövlət nömrə nişanlı BMW markalı avtomobil qəzaya düşüb.

Belə ki, yüksək sürətlə gələn BMW Xətai rayonunun NZS qəsəbəsinə dönmək istəyərkən sürücü idarəetməni itirib. Nəticə avtomobil döngədə yerə basdırılan metal borulara çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Sürücünü deformasiyaya uğramış avtomobildən xilasedicilər çıxarıblar. Sərnişinə isə FHN xilasediciləri gələnə qədər ətrafdakı insanlar kömək edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *