Bakıda üç maşın belə yandı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto, Video

Bakıda üç maşın belə yandı – VİDEO

Bakıda üç maşın belə yandı


Bakının Nəsimi rayonunda yanğın baş verib.

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, yanğın gecə saatlarında A.Həsənzadə 72/70 küçəsində yerləşən yaşayış binasının həyətində baş verib.

Məlumata görə, gecə saatlarında binanın həyətində “Hyundai” markalı avtomobildə yanğın başlayıb. Daha sonra yanğın yaxınlıqda dayanmış “Audi” və “Qazel” markalı mikroavtobusa keçib.

Bina sakinləri dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng vursalar da, FHN-nin yanğınsöndürən maşını binanın həyətinə daxil ola bilməyib. Bunu görən bina sakinləri, yanğınsöndürənlərə yardım edib, onlarla birgə yanğını söndürməyə başlayıblar.

Qeyd edək ki, baş vermiş yanğınla bağlı FHN-nin saytı məlumat yayıb. Məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşlara məxsus “Hyundai” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda dayanmış “Audi” markalı minik avtomobilinin sol tərəfi və “Qazel” markalı mikroavtobusun sol qapısı qismən yanıb.

İki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Mənbə: Oxu.Az - Elvin Əhmədov / Video: Sabina Quliyeva
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *