Goranboy qana boyandı, 4 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Goranboy qana boyandı, 4 yaralı

Goranboy qana boyandı, 4 yaralı


İki Vaz-011 markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə bu gün axşam saat 19 radələrində Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Yaralılar dərhal Gəncə şəhər TTYX- nın travmatalogiya şöbəsinə çatdırılıblar. Yaralılardan ikisinin Gəncə şəhər sakinləri 43 yaşlı Canpolad Qafarov və 51 yaşlı Fərhad Əsgərovun xəsarətləri ağır olub.

Qəza nəticəsində hər iki yaralının ayağı sınıb. Həkimlər yaralılara aidiyyatı üzrə kömək göstəriblər. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *