Bakıda ər arvadına 10 bıçaq zərbəsi endirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Bakıda ər arvadına 10 bıçaq zərbəsi endirdi

Bakıda ər arvadına 10 bıçaq zərbəsi endirdi


Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Qaradağ rayon sakini 34 yaşlı Sadıqova Günay Saday qızı Ələt qəsəbəsində yaşadığı evdə bıçaqlanıb. Çox saylı bıçaq xəsarətləri alan Günay Sadıqova qohumları tərəfindən xəstəxanaya çatdırılıb.

Müayinə zamanı yaralıda 10 bıçaq xəsarətinin olması müəyyən edilib. Vurulan zərbələrin çoxu daxilə nüfüz etdiyindən həkimlər Günay Sadıqovanın vəziyyətinin ağır olduğunu bildiriblər. Araşdırmalar zamanı məlum olub ki, Günayı keçmiş həyat yoldaşı bıçaqlayıb. Belə ki, hadisədən bir gün əvvəl Qaradag rayon məhkəməsinin qərarı ilə 3 uşaq anası olan Günay Sadıqova həyat yoldaşından rəsmən boşanıb.

Bundan sonra keçmiş ər sərxoş vəziyyətdə Günayın yaşadığı mənzilə gələrək orada onu bıçaqlayıb. O, daha sonra hadisə yerindən qaçıb.

Faktla əlaqədar Qaradağ rayon polis idarəsində cinayət işi başlanıb. Keçmiş ərin tutularaq istintaqa cəlb olunması istiqamətində axtarışlar davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *