Bağla

AzNews.info



Bölmə: Hadisə, Təhsil

Nazirə meydan oxuyan direktor - Məlahət Əliyevanın 278 saylı məktəbdə korrupsiya sistemi

Nazirə meydan oxuyan direktor - Məlahət Əliyevanın 278 saylı məktəbdə korrupsiya sistemi


Son zamanlar ölkə təhsilində baş verən neqativ hadisələr barəsində medyada davamlı yazılar dərc edilir. Təbii ki, xalqın gələcəyi üçün bilavasitə strateji sahə hesab olunan təhsil sektorunda baş verənlər hər bir vətəndaşı narahat edir. Təəssüfləndirici haldır ki, daha çox rüşvətxorluq, korrupsiya faktları, habelə ailə-məişət mövzusunda xəbərlərlə gündəmə gələn Azərbaycan təhsili ona olan ümidləri hələ ki, doğrultmur. Dövlət tərəfindən xüsusi diqqət və qayğıyla əhatə olunmasına baxmayaraq hələ də təhsil müasir standartlara tam cavab vermir. Bunun üçün çoxsaylı səbələr sadalamaq olar. Amma, səbatsız idarəçilik, daha çox şəxsi maraqlarını güdən şəxslərin təhsil müəssisələrinə rəhbərlik etməsi əsas səbələrdən olaraq qalmaqdadır. Bir qrup valideyn tərəfindən cumhuriyyet.az-a ünvanlanan şikayət məktubunda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbdə dəhşətli durumun hökm sürdüyü görünür. Belə ki, məktəb direktoru Məlahət Əliyavanın yaratdığı rüşvət və korrupsiya sistemi məktəbi əsl biznes obyektinə çevirib.
Təhsil naziri Mikayıl Cabbarov islahatlar keçirir, ümumilikdə təhsilimizi irəli apararaq Avropa standartlarına uyğunlaşdırmağa cəhd göstərir. 278 saylı orta məktəbin direktoru Məlahət Əliyeva isə əlində olan imkan və səlahiyyətlərdən istifadə edərək, nazirdən fərqli olaraq təhsilimizi geriyə doğru aparır. Nəzərə alsaq ki, Mikayıl müəllim təkdir, M.Əliyeva kimiləri isə yüzlərlədir, o zaman bu prosesin hər halda nazirin xeyrinə bitməyəcəyi aşkardır əlqərəz… Biz heç də əbəs yerə 278 saylı tam orta məktəbin direktoru Məlahət xanımın adını təhsil naziri ilə yanaşı çəkmədik. İş burasındadır ki, adicə bir orta məktəbin direktoru elə əməllər törədir ki, nazirin ciddi-cəhdlə cəmiyyətə təlqin etdiyi bütün proseslərin üstündən xətt çəkmiş olur. Məsələn nazir deyir ki, orta məktəbdə valideynlərdən pul yığmaq olmaz. M.Əliyeva isə bunun tam tərsini edir: sözügedən məktəbdə hər həftə müxtəlif bəhanələrlə valideynlərdən pul qoparılır. Özü də bu pul yığma kampaniyası ən müxtəlif adlar və rəqəmlər altında aparılır. Məlahət xanımın qoyduğu qaydalar daxilində hər uşaqda “süpürgə pulu” üçün 50 qəpikdən tutmuş, 20 manat “8 mart”, “müəllimlər günü” yığımı daxildir. Bu qıymət və səbəb aralığına sinif otağında xarab olan nə üçünsə usta pulu, şüşə pulu, kağız ləvazimatları üçün pul və bir çox səbəblər daxildir. Bir sözlə cumhuriyyet.az-a üz tutan valideynlərin sözlərinə görə . 278 saylı orta məktəbin direktoru Məlahət Əliyeva və onun komandasının istadadı 20 dərs gününün hamısında şagirdin məktəbə nə üçünsə pul gətirməsinə səbəb tapmağa kifayət edib. Özü də bu proses elə ustalıqla həyata keçirilir ki, məktəb rəhbərliyi məsuliyyətdən kənarda qalsın. Belə ki, bütün pul yığımlarını valideyn komitələri aparır. Valideynlərin “təşəbbüsü” ilə yığılan pulların isə son ünvanı bəllidir.
Sözügedən təhsil müəssisəsinin paytaxtın mərkəzindən kənarda yerləşməsindən və diqqət mərkəzindən bir qədər uzaq düşməsindən məharətlə faydalanan direktor M.Əliyeva bir çox qanunsuz əməllərə yol verməklə məktəbdə təhsilin səviyyəsini heçə endirib. Nazirin göstərişlərinin əleyhinə gedən 278 saylı məktəbin direktoru şəxsi maraqlarının təmin olunması istiqamətində hər yola baş vurur. Məsələn, respublika səviyyəli bayram tədbirlərində 1-ci sinifdən tutmuş 11-ci sinifə qədər, bütün şagirdlər valideyn komitələrinin sinif rəhbərlərinə çatdırdıqları hesabına direktoru təbrik etməlidir. Maddi imkanı zəif olan şagirdlər belə bu işlərə cəlb olunur. Bundan başqa, məktəbdə davamiyyət məsələsi olduqca acınacaqlı vəziyyətdədir: “Əsasən 10 və 11-ci siniflərdə təhsil alan şagirdlər direktorla «razılaşıb» aylığa çıxırlar. Həmin şagirdlərin əksəriyyəti ali məktəbə repetitor yanında hazırlaşanlardır. Onlar üçün vaxt məhdudiyyəti olduğundan məktəbə intizamlı şəkildə gələ bilmirlər. Buna görə də aylığa çıxırlar. Deyilənə görə, bu işin müqabilində şagirdlər direktora 1000 dəfə “sağ ol” deyirlər və “aylıq” orta rüsum 100-200 manatdır. Məktəbə Təhsil Nazirliyindən, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yoxlama gələndə isə direktor 9-cu sinif şagirdlərini aylığa buraxdığı şagirdlərin yerində otuzdurur”. Bundan başqa cumhuriyyet.az-a məktəbin birinci və onuncu siniflərinə şagirdlərin pulla qəbuluna aid də şikayət daxil olub. İstədiyi ibtidai sinif müəlliminin sinfində və yaxıd istədiyi təmayül sinifdə təhsil almaq istəyən şagirdin yeganə çıxış yolu rüşvətdən keçir. Beləliklə, 278 nömrəli məktəbdə şagirdlərin ən çox mənimsədiyi məlumat rüşvətsiz həyatın mümkün olmamasıdır. Ola bilsin, direktor xanım gənclərimizi bu yolla “ həyata hazırlamağa çalışır.
Deyilənlərə görə, direktor təkcə şagirdlərdən deyil, elə müəllimlərdən də pul yığmağın optimal yollarını tapıb. Məsələn, dərs saatlarının bölgüsü və təyinatı, habelə qrup və dərnək rəhbərlərinin təyin olunması kimi işlər hamısı qazanc mənbələri hesab olunur. Üstəlik, əlavə dərs saatlarının təyin olunması da bir ayrı gəlir sahəsidir. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim 500 manat ödəməlidir. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzində hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatır. Ümumiyyətlə, şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, direktor Məlahət Əliyeva fəaliyyətində ciddi nöqsanlara yol verir. Çoxlarına bəllidir ki, ara-sıra məktəbdə çalışan müəllimlərin əməkhaqlarından heç bir tutarlı səbəb göstərilmədən müəyyən qədər tutulur və həmin vəsaitlərin hara xərclənməsi, kimin cibinə getməsilə bağlı heç kəsə məlumat verilmir. Bundan başqa, imtahanlar zamanı şagirdlər gözümçıxdıya salınır, müxtəlif yollarla onlardan pul toplanılır». Bu arada, 278 saylı orta məktəbdə Təhsil Nazirliyinin orta məktəblər üçün pulsuz göndərdiyi sinif jurnallarına görə hər şagirddən 2 manat pul yığıldığını deyən məlumatlı şəxsin sözlərinə görə, hər bir sinifdən illik abunə haqqı üçün 21 manat, hər müəllimdən 10 manat yığılıb: «Təbii ki, bütün bunlar bir daha onu deməyə əsas verir ki, 278 saylı orta məktəbdə təlim-tədris, nizam-intizam qaydalarına yetərincə əməl olunmur. Bunun məsuliyyəti isə birbaşa təhsil müəssisəsinin rəhbəri Məlahət Əliyevanın üzərinə düşür». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
– Direktorun Suraxanı rayon icra başçısının adından verdiyi bəyanatlar;
– Qardaşa güvənin hədsizliyi;
– Təhsil nazirliyi necə susdurulub;
– Valideyn komitələrinin vatsap danışmalarında yer alan faktlar;
Bütün bunlar haqda növbəti yazımızda…

Mənbə: Anaxeber.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *