Bağla

AzNews.info



Bölmə: Hadisə, İdman, Futbol

Dedi, "ağzını bağla" və məni vurdu — Ruslan Qurbanov Monrozla davasından DANIŞDI

Dedi, "ağzını bağla" və məni vurdu — Ruslan Qurbanov Monrozla davasından DANIŞDI


"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə oyundan (2:1) sonra komanda yoldaşı Stiven Jozef-Monrozla yaşadığı insidentdən danışıb.

AzNews.info qol.az-a istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisi fransalı hücumçunun klounluq etdiyini bildirib: "Əsəbi hallar olur. Meydana daxil olarkən, Jozef-Monrozdan xahiş etdim ki, mənə ötürmə versin. Baş məşqçiyə fərqlənməyə qadir olduğumu sübut etdirmək istəyirdim. Əvəzində o, mənə ingiliscə, "Ağzını bağla" cavabını verdi. Oyun başa çatdıqdan sonra Jozef-Monroza yaxınlaşıb "Burada tək oynamırsan, kloun səhnəsi qurmaq lazım deyil. Driblinq etmək yox, cərimə meydançasına ötürmə vermək lazımdır" dedim. Əvəzində o, sifətimə zərbə vurdu. Araya girən komanda yoldaşlarımız bizi araladılar".

26 yaşlı oyunçu matçdan sonra baş məşqçi Roman Qriqorçukun ona heç nə demədiyini də əlavə edib: "Qriqorçuk bizə heç nə demədi. Paltardəyişmə otağından əşyalarımı götürdüm və çıxdım. Əsəbi halda otağı tərk etdiyim üçün baş məşqçinin Monroza nəsə deyib-demədiyini görmədim".

Mənbə: Qol.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *