Azərbaycanda orta məktəbdə faciə: Şagird öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Təhsil, Kriminal

Azərbaycanda orta məktəbdə faciə: Şagird öldü

Azərbaycanda orta məktəbdə faciə: Şagird öldü


Bu gün Ağdaş şəhərindəki orta məktəblərdən birində bədbəxt hadisə baş verib.

AzNews.info Lent.az-a istinadən xəbər verir ki, Səməd Vurğun adına 1 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Cavadov Mustafa Həmid oğlu məktəbin həyətində yıxılıb.

Ağır xəsarət alan şagird Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdən bildirilib ki, hadisə tənəffüs vaxtı baş verib və 14 yaşlı şagird sinif yoldaşlarının yanında olarkən qəfil yıxılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *