Kambrilsdə yaralanmış beşinci terrorçu öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Dünya

Kambrilsdə yaralanmış beşinci terrorçu öldü

Kambrilsdə yaralanmış beşinci terrorçu öldü


İspaniyanın Kambrils şəhərində antiterror əməliyyatı zamanı yaralanaraq saxlanılmış beşinci terrorçu ölüb.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kataloniya hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd edək ki, Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşı var.

Məlumata görə, polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanmışdı.

Terrorçuların üzərindən partlayıcı qurğular aşkarlanıb. Onlar 120 km aralıda yerləşən Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar.

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 100 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışma zamanı məhv edilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *