Bakıda sürücü yol polisinin maşınını baltaladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda sürücü yol polisinin maşınını baltaladı

Bakıda sürücü yol polisinin maşınını baltaladı

Bakıda yol polisinin saxladığı sürücü müqavimət göstərib.

Lent.az xəbər verir ki, gecə saat 01:30 radələrində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 dövlət nömrə nişanlı xidməti “BMW” “VAZ 21011” markalı, 01 BR 911 nömrəli avtomobili saxlayıb. Məlum olub ki, həmin avtomobili idarə edən Fərid Şükürov sərxoş vəziyyətdədir. Polis əməkdaşları sürücünü müayinədən keçməyə dəvət edib. Bu zaman F.Şükürov etiraz edib və yol polisi əməkdaşları ilə dalaşmağa başlayıb. Polisin tələbinə tabe olmayan sürücü müqavimət göstərib və daha sonra avtomobilindən balta götürərək yol polisinin “BMW”sinə zərbələr endirib.

Hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəlib və müqavimət göstərən şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *