Bakıda sürət qatarı piyada qızı vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Video

Bakıda sürət qatarı piyada qızı vurdu – VİDEO

Bakıda sürət qatarı piyada qızı vurdu


Bakı-Sumqayıt elektrik qatarı dəmiryolundan keçən piyadanı vurub. Həmin qəza anı qatarın təhlükəsizlik kamerasına düşüb.

AzNews.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Bakı-Sumqayıt sürət qatarının yoluna çıxan bir qrup gənc yolu keçməkdə məsuliyyətsizlik ediblər. Ani məsuliyyətsizlik az qala faciə ilə qurtaracaqdı.

Görüntülərdə bir neçə oğlan yolu keçir. Onların yanında olan xanım isə bir az ləngiyir. Xoşbəxtlikdən gənc qız qatarın altına yox, kənara düşüb.

Gənclər hadisədən sonra ərazidən qaçıblar. Maşinist hadisədən sonra qatarı saxladığı üçün təxminən 8 dəqiqə gecikmə ilə Bakı Sərnişin vağzalına çatıb.

Bununla bağlı da yol boyu bütün stansiyalardakı dispetçerlərə məlumat verib. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları görüntülər əsasında həmin şəxsləri axtarır.


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *