"Jiquli" avtobusla toqquşdu - 5 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto, Video

"Jiquli" avtobusla toqquşdu - 5 yaralı – VİDEO

"Jiquli" avtobusla toqquşdu - 5 yaralı


Qaxda sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Qax rayonu Turaclı kəndi ərazisində baş verib. 1949-cu il təvəllüdlü, Şəki rayonu Baş Göynük kənd sakini Məmməd Kərim oğlu Əmrahov idarə etdiyi “LAZ” markalı sərnişin avtobusu qarşıdan gələn 1979-cu il təvəllüdlü, Mingəçevir şəhər sakini Zaur Firuz oğlu Məmmədovun idarə etdiyi “VAZ 21015” markalı minik maşını ilə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu aşıb, minik maşını isə güclü deformasiyaya uğrayıb. Baş vermiş qəza nəticəsində VAZ 21015 markalı maşının sürücüsü Zaur Məmmədov, onun sərnişinləri 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Elnar Rəcəbov və 1977-ci il təvəllüdlü, Qax rayonu Zəyəm kəndində anadan olan və hazırda Mingəçevir şəhərində yaşayan Fərqan Əmranov, sərnişin avtobusunda olan sərnişinlərdən 1950-ci il təvəllüdlü, Şəki rayonu Baş Göynük kənd sakinləri Ceyran Ağasıyeva və 1959-cu il təvəllüdlü Sevda Əmrahova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Qax RMX-dan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Fərqan Əmranov, Zaur Məmmədov və Elnar Rəcəbov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti orta-ağır hesab olunur. Ceyran Ağasıyeva və Sevda Əmrahovanın xəsarəti yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar. Faktla bağlı Qax rayon polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

APA TV-nin əldə etdiyi məlumata görə, qəza törədən sərnişin avtobusunda 15 nəfərə yaxın sərnişin olub, onlar Şəkinin Baş Göynük kəndindən Qax rayonunun Turaclı kəndinə hüzur mərasiminə gedirlərmiş.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *