Azərbaycanlı biznesmenin keçmiş sevgilisinin maşını atəşə tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Maqazin

Azərbaycanlı biznesmenin keçmiş sevgilisinin maşını atəşə tutuldu

Azərbaycanlı biznesmenin keçmiş sevgilisinin maşını atəşə tutuldu


Moskvada balerina Anastasiya Voloçkovanın avtomobili atəşə tutulub.

ANS PRESS-in məlumatına görə, hadisə beş gün əvvəl baş versə də Anastasiya polisin ona xahişindən sonra diqqətləri cəlb etməməyə qərar verib.

Hadisə ərəfəsində balerina gecə evə qayıdıb və adəti üzrə öz evinin yanında maşınını park edib.

Səhər isə 39 yaşlı ulduza maşınının atəş tutulduğu bildirilir. Maşının yanına gələn Anastasiya sərnişin oturacağının yerində şüşələrdə deşiklər aşkar edib. Voloçkova hadisə yerinə polis çağırıb.

“Mən çox qorxdum. Məni öldürə bilərdilər”, - deyə balerina bildirib.

Polisin bildirdiyinə görə, Voloçkovanın avtomobilinə travmatik silahdan atəş açılıb. Balerina indi həyatı üçün ehtiyat edir və polisdən mümkün qədər cinayətkarları tez tutmağı tələb edib.

Rusiyalı balerina Anastasiya Voloçkova azərbaycanlı biznesmen Bəxtiyar Səlimovla öz sevgi romanları ilə gündəmdə olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *