Abşeronda qadın sürücü qəza törədib, 4 nəfər yaralanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Abşeronda qadın sürücü qəza törədib, 4 nəfər yaralanıb

Abşeronda qadın sürücü qəza törədib, 4 nəfər yaralanıb

Abşeron rayonunun Saray qəsəbəsində yol qəzası baş verib.
AzNews.info Report-a istinadla xəbər verir ki, “99-BH-303” dövlət qeydiyyat-nişanlı “Toyota Corolla” markalı avtomobil Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Nəticədə dirək aşmasa da, onun üzərindən gedən naqillər qırılıb və qəsəbəyə verilən elektrik enerjisi kəsilib. Hazırda qəsəbənin bir hissəsi işıqsız qalıb. Problemin aradan qaldırılması istiqamətində iş gedir.

Sakinlərin sözlərinə görə, avtomobili qadın idarə edib və özündən savayı maşında onun 3 rəfiqəsi də olub. Nəticədə onların hamısı xəsarət alıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *