Hollandiyada bayquş dəhşəti » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı

Hollandiyada bayquş dəhşəti

Hollandiyada bayquş dəhşəti


Hollandiyanın Purmerend şəhərində peyda olan bayquş yerli sakinlərin qorxulu yuxusuna çevrilib. ANS PRESS-in məlumatına görə, şəhər rəsmiləri mövzu ilə əlaqədar həyəcan təbili çalırlar.

Bildirilir ki, şəhərdə peyda olan bayquşun insanlara qəfil hücumu səbəbindən xəsarət alanlar və xəstəxanada müalicə olunanlar var. Normal şərtlərdə insanlardan qaçan bayquşun bu hərəkətinin sirri isə tapılmır.
Xəsarət alanlardan biri bayquşun hücumunu mismarlı kərpic zərbəsi ilə müqayisə edir:

“Mənim başımın arxasından 2 pəncəsi, 8 caynağı ilə hücum etdi. Bu, başınıza mismarlı kərpicin dəyməsi kimidir”.

Çərşənbə axşamı günü isə meydançada məşq edən 2 atlet bayquşun hücumuna məruz qalıb. Xəsarət lan atletlər xəstəxanaya çatdırılıb. Atletlərin üzv olduğu klubun rəhbərliyi isə ikinci bir göstərişə qədər məşqləri dayandırıb.

Təxminən 7 min əhalisi olan Purmerend şəhəri rəsmiləri, şəhərə çıxarkən insanlara çətir götürməyi məsləhət görüb. Bu məsləhət sosial şəbəkədə zarafat mövzusu olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *