Beynəlxalq Bank özünü yandırmaq istəyən şəxslə bağlı xəbərə aydınlıq gətirib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Beynəlxalq Bank özünü yandırmaq istəyən şəxslə bağlı xəbərə aydınlıq gətirib

Beynəlxalq Bank özünü yandırmaq istəyən şəxslə bağlı xəbərə aydınlıq gətirib

Azərbaycan Beynəlxalq Bankı (ABB) Bankın baş ofisinin qarşısında intihar etmək istəyən şəxslə bağlı xəbərə aydınlıq gətirib.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, vətəndaş Emil Natiq oğlu Əliyevin etirazı ABB-nin fəaliyyətinə aid deyil. Onun etirazı vaxtı ilə Bankda sürücü işləmiş şəxslə bağlı olub. Belə ki, həmin şəxs E.Əliyevin etibarından sui-istifadə edərək ondan pul alıb və geri qaytarmayıb.

“Vətəndaşlara qarşı bu cür dələduzluq əməlləri üzə çıxarılan sürücü ötən il işdən kənarlaşdırılıb. Eyni zamanda, bu əməllərinə hüquqi qiymət verilməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və o, hazırda həbsdədir”, - deyə ABB-dən bildirilib. (“Report”)

* * *10:10

Bakıda intihara cəhd olub.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının əsas ofisinin qarşısında əlində bir qab yanacaq olan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emil Natiq oğlu Əliyev özünü yandıracağını bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib. E.Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.

Polisdən verilən məlumata görə, E.Əliyev dələduzluqla üzləşdiyi üçün canına qəsd etmək istəyib. Artıq onun şikayəti əsasında polisdə təhqiqat araşdırmasına başlanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *