Şərikini vəhşicəsinə döydürən tanınmış iş adamı tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Şərikini vəhşicəsinə döydürən tanınmış iş adamı tutuldu

Şərikini vəhşicəsinə döydürən tanınmış iş adamı tutuldu

Şəmkirli iş adamı Elbrus Məmmədov keçmiş şərikini vəhşicəsinə döydürdüyü üçün həbs edilib.

AzNews.info musavat.com-a istinadən xəbər verir ki, DİN-nin Baş Cinayət Axtarış İdarəsinin əməliyyatçıları ilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Sankt-Peterburq şəhər sakini, iş adamı, eyni zamanda Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Olimpus” MTK-nın sahiblərindən biri, əslən Şəmkir rayonunun Şiştəpə kəndindən olan Elbrus Qədir oğlu Məmmədov həbs edilib.

Məlumata əsasən, iş adamının həbsi onun vaxtilə şəriki olmuş Rauf Məmmədovu amansızcasına döydürməsinə görə gerçəkləşdirilib. Hadisə 10 gün əvvəl Bakının mərkəzi küçələrindən birində baş verib. Rauf Məmmədovu vəhşicəsinə döyüb başına küt alətlə zərbələr endiriblər. Onun başının dərisi parça-parça olub, yara yerinə tikiş qoyulub.

Bu haqda sayta məlumat verən Elbrus Məmmədovun şəriklərindən biri olmuş Ruslan Abbasov deyib ki, Rauf Məmmədov döyüləndən sonra ona da “öldürüləcəksən” mesajı göndərilib. Ruslan Abbasov musavat.com-a bunları danışıb:

“Mənə də xəbər göndərib ki, Rauf Məmmədovla haqq-hesabımızı çürütdük, səninlə də haqq-hesab çəkəcəyik. Bu il fevralın 11-də Elbrus Məmmədov şəriki Mahir Qarayevə məni də döydürüb.

Hadisə Həsən Əliyev küçəsi 111-də baş verib və həmin hadisənin videosu da məndə var, polisə təqdim etmişəm. Mənim Elbrus Məmmədovdan 100 min dollar alacağım var. Şikayətimdən sonra Bakı Şəhər Baş Polis İdarəsində Mahir Qarayevin barəsində cinayət işi başlanıb. Tələb edirəm ki, mənim döyülməm faktı üzrə də Elbrus Məmmədovu cinayət məsuliyyətinə cəlb etsinlər”.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *