Lənkəranda İran “TIR”ları yanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto, Foto

Lənkəranda İran “TIR”ları yanıb – Xəsarət alanlar var

Lənkəranda İran “TIR”ları yanıb


Lənkəranda üç yük maşını yanıb, bir nəfər xəsarət alıb.
AzNews.info “Report”a istinadən xəbər verir ki, hadisə Sütəmurdov kəndində yerləşən çay fabrikində baş verib.

İran İslam Respublikasına məxsus, hər birinin tutumu 20 ton olan bir neçə "TIR" yük maşını çay fabrikinin həyətində alışıb. Hadisə nəticəsində avtomobillərdən ikisinin sürücü kabinəsi və yük konteynerləri, üçüncü avtomobilin isə yalnız konteyner hissəsi yanıb.

Hadisə nəticəsində İran İslam Respublikasının Astara şəhər sakini, 1981-ci il təvəllüdlü Bağıri Behzad Cəlil oğlu baş və bədənin müxtəlif nahiyələrindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yanıq şokunda olan İran vətəndaşı sonradan reanimasiya şöbəsinə keçirilib.

Xəsarət almış sürücünün avtomobilin kabinəsində yatdığı bildirilir. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Hadisənin hansı səbəbdən başvermə səbəbi aparılacaq ekspertizadan sonra müəyyənləşdiriləcək.
Lənkəranda İran “TIR”ları yanıb
Lənkəranda İran “TIR”ları yanıb
Lənkəranda İran “TIR”ları yanıb
Lənkəranda İran “TIR”ları yanıb
Lənkəranda İran “TIR”ları yanıb

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *