Parkomat ərazisindəki avtomobil cərimə meydançasına aparıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto, Video

Parkomat ərazisindəki avtomobil cərimə meydançasına aparıldı – VİDEO

Parkomat ərazisindəki avtomobil cərimə meydançasına aparıldı

Bakıda bəzi ərazilərə quraşdırılan parkomatlar, və ya parkomatların düzgün quraşdırılmaması yol polisləri ilə sürücüləri üz-üzə qoyur. Parkomat olan ərazidə avtomobili saxlayan bir nəfərin başına gələnlər belə deməyə əsas verir. Çünki parkomat ərazisindəki avtomobil evakuatorla cərimə meydançasına aparılıb. Bəs buna nə səbəb olub?

Avtomobilini qanuni parklama yerində saxlayan sürücü 20 dəqiqə sonra onun yerində olmadığını görüb.

AzNews.info Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Yusif Xəlilovun başına gəlib. Paytaxtın Səməd Vurğun küçəsində parkomat olan ərazidə saxladığı avtomobili cərimə meydançasına aparılıb.

Yusif Xəlilov cəriməsini ödəyərək nəqliyyat vasitəsini geri götürüb. Amma o bilmək istəyir ki, qanunla icazə verilən ərazidən avtomobil niyə götürülməlidir.

Bakı Şəhər Yol Polisi İdarəsindən məsələ ilə bağlı bildirilib ki, avtomobil yolun kəsişmə hissəsinə yaxın məsafədə saxlanıldığı üçün ərazidən götürülüb. Avtomobilin parklanmaya icazə verən göy xəttin daxilində dayandığına gəlincə isə, yol polisi idarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, bir neçə yerdə parkomatların yolun kəsişən hissəsində qurulmasına və xətlərin düzgün çəkilməməsinə rast gəlinib və problem aradan qaldırılıb. Bu əraziyə də yenidən baxış keçirilməsi üçün aidiyyatı qurumlara müraciət ediləcək.


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *