"Aeroflot" kök stüardessasını cəzalandırdı və... » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı

"Aeroflot" kök stüardessasını cəzalandırdı və... BAKI REYSİNƏ KEÇİRDİ

"Aeroflot" kök stüardessasını cəzalandırdı və...

Moskvanın Presnenski Rayon Məhkəməsi "Aeroflot"un stüardessası Yevgeniya Maqurinanın işəgötürənə qarşı iddiasına baxmağa başlayıb.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, iddiaya səbəb şirkətin öz əməkdaşını 52 ölçülü paltara görə qazancının bir hissəsindən məhrum etməsi olub.

İddiaçı kompensasiya kimi cavabdehdən 100 min rubl tələb edir.

Maqurinanın sözlərinə görə, onu kök olduğuna görə cəzalandıraraq uzaq xarici reyslərdən çıxarıb yerli reyslərdə Samaraya, Ufaya, Kazana uçmağa məcbur ediblər: “Əvvəl mən Amerikadan çıxmırdım, indi isə mənə Bakı və Daşkəndi göstərdilər. Nəticədə məni üç mərhələyə xeyli puldan məhrum etdilər”.

Xanım Maqurinanı Şeremetyevo Stüardessalarının Həmkarlar İttifaqında da dəstəkləyirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *