Özbək tarixçisini Azərbaycana görə cəzalandırmaq istəyirlər » AzNews.info -Xəbər portalı

Özbək tarixçisini Azərbaycana görə cəzalandırmaq istəyirlər – ERMƏNİLƏRİN TƏZYİQİ İLƏ

Özbək tarixçisini Azərbaycana görə cəzalandırmaq istəyirlər

Özbəkistanın Baş Prokurorluğu Ermənistan hakimiyyəti və erməni icmasının təzyiq altında məşhur özbək tarixçisi və tədqiqatçısı Şuxrat Salamov barəsində cinayət işi qaldırmaq niyyətindədir.

Virtualaz.org xatırladır ki, Şuxrat Salamov "Qarabağ: ideyalar müharibəsi" kitabının müəllifidir. Kitabda erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb.

Salamov həmçinin " Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitabının müəllifidir. Burada ermənilər tərəfindən özbəklərlə bağlı törədilən qətliamdan bəhs olunur.

İndi Şuxrat Salamov barəsində rəsmi Yerevanın və erməni icmasının təsiri ilə millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə cinayət işi qaldırmaq istəyirlər. Artıq tarixçini Özbəkistan Baş Prokurorluğuna çağırıblar. O, sabah orada olmalıdır.

Eyni zamanda Özbəkistanda Şuxrat Salamova qarşı əsl kampaniya başlayıb. Erməni icmasının nümayəndələri hətta onun evinə hücum edərək şüşələrini sındırıblar.

Vəkil Muxtar Mustafayev virtualaz.org-a bildirib ki, özbək aliminin təqibi ilə bağlı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə artıq məlumat verilib. Yeri gəlmişkən, informasiyanı səfir özü də təsdiq etdi.

Haqqin.az və virtualaz.org saytlarının redaksiyaları isə özbək tarixçisinə qarşı başlanmış təqib kampaniyasından narahatçılığını bildirir və bu məsələni nəzarətə götürürlər.

Virtualaz.org sabah bu məsələ ilə bağlı Azərbaycan Baş Prokurorluğunun rəsmi mövqeyini təqdim edəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *