İzmirdə məhkəmə qarşısında partlayış törədilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

İzmirdə məhkəmə qarşısında partlayış törədilib – YENİLƏNİB

İzmirdə məhkəmə qarşısında partlayış törədilib

Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında törədilmiş partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 yaralı var.

Türkiyə KİV-i xəbər verir ki, həlak olanlardan biri polis əməkdaşı, digəri isə ədliyyə işçidir.

Məlumata görə, partlayışı törədən terrorçulardan ikisi məhv edilib, digəri axtarılır.

17:51

Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.

Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan biri hadisə yerində öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu da polis tərəfindən zərərsizləşdirilib.

Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.

17:33

Bu gün Türkiyənin İzmir şəhərində məhkəmə binasının önündə iki avtomobil partladılıb.

APA-nın verdiyi məlumata görə, bu barədə Türkiyənin NTV telekanalı xəbər verir.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınını göndərilib.

Yaralıların olduğu bildirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *