Şabranda ağır yol qəzası baş verib: Yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Şabranda ağır yol qəzası baş verib: Yaralananlar var

Şabranda ağır yol qəzası baş verib: Yaralananlar var


Bu gün günorta saatlarında Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə Şabran-Ərəblər yolunun 1-ci km-də qeydə alınıb.

Abbasov Ceyhun Cəfər oğlunun idarə etdiyi 90 EC 102 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın Nadirşah Ağayevin idarə etdiyi 21 BD 091 dövlət qeydiyyatlı “Niva” markalı minik maşını ilə toqquşub. Qəzadan sonra “Niva” deformasiyaya uğrayıb, sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin yardımı ilə sürücü maşından çıxarılıb.

Hər iki maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Şabran MRX-dan verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır.

Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Söhbət Talıbovun sözlərinə görə, hadisəyə səbəb “Mercedes”in “Niva”nın yoluna çıxması olub.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *