Tovuzda dəhşətli anlar: 2 ölü, 3 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Tovuzda dəhşətli anlar: 2 ölü, 3 yaralı

Tovuzda dəhşətli anlar: 2 ölü, 3 yaralı


Bu gün səhər saatlarında Tovuz rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qəzada iki nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Hadisə Bakı-Qazax yolunun 433-cü kilometrliyində, Tovuz rayonun Cəlili kəndi ərazisində baş verib. Belə ki, Mamuti Çamburyaninin idarə etdiyi yük avtomobililə Turxan Əmraslanovun idarə ediyi “Mercedes” markalı maşın toqquşub.

Qəza nəticəsində minik maşınında olan Rövşən Balayev və Samir Balayev ölüblər. Onların qardaş olduğu bildirilir.

Maşının sürücüsü Turxan Əmiraslanov və digər sərnişin Şəhriyar Nuriyevlə Qabil Vəliyev ağır bədən xəsarətlərilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *