Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Foto

Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələndi – FOTO (18+)

Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələndi


AzNews.info xəbər verir ki, bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər.

İtlər M.Əzizbəyov küçəsində, 168 nömrəli məktəbin qarşısında, həm də azyaşlıların keçdikləri yolda öldürülüb və heyvan cəsədləri küçədən yığışdırılmayıb.

Sakinlərin sözlərinə görə, əllərində tüfəng olan şəxslər sahibsiz itlərin kütləvi toplaşdığı yerlərə gələrək camaatın gözü qarşısında heyvanlara atəş açıblar. Bəzi itlər öldürülsə də, digərləri yaralanaraq, qanı axa-axa qaçıb gizləniblər. Bütün küçə heyvan cəsədləri, parçalanmış orqanları ilə doludur. İtlərin bir hissəsi küçədən yığışdırılsa da, bəzi cəsədlər hələ də qalır.

Faktla bağlı Sahibsiz Heyvanlarla Mübarizə İdarəsindən Pirallahıda itlərin güllələnməsindən xəbərsiz olduqlarını dedilər:

“Bu barədə məlumatımız yoxdur. İtlər bizim əməkdaşlarımız tərəfindən öldürülməyib. Ümumiyyətlə, həmin vaxt bizim idarənin əməkdaşları Pirallahı rayonunda olmayıblar”.

Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələndi
Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələndi
Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələndi

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *