Bakıda "Lexus" piyadanı öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Bakıda "Lexus" piyadanı öldürdü

Bakıda "Lexus" piyadanı öldürdü


Bakı şəhərinin Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Babək prospektində, mebel evinin qarşısında Cəlilov Aydın Əli oğlu idarə etdiyi "Lexus" markalı, 90 UV 004 nömrə nişanlı avtomobillə piyadanı vurub. Sürücü hadisədən dərhal sonra yaralı piyadanı öz avtomobili ilə Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasına gətirib. Lakin 50-55 yaşlı həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalardan sonra yol qəzası nəticəsində dünyasını dəyişən şəxsin paytaxt sakini, 1960-cı il təvəllüdlü Əlixanov Murad Əlixan oğlu olması müəyyən edilib.

Faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırmalar davam etdirlir.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *